23/07/2026

Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud şəxsi söhbət zamanı Yaxın Şərqdəki münaqişəni müzakirə ediblər.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlardan sonra Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi birlikdə nahar ediblər. Yeməkdə yalnız tərcüməçilər iştirak edirdi. Peskov vurğulayıb ki, o, iki dövlət liderlərinin nədən danışdıqlarını dəqiq deyə bilməz. Bununla belə, mətbuat katibi qeyd edib ki, əlbəttə ki, İsrail-Fələstin münaqişəsi və digər mühüm beynəlxalq məsələlər müzakirə olunub.

Daha əvvəl bildirilmişdi ki, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl Səud danışıqlar zamanı OPEC+ çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Mənbə: TASS

Oxşar xəbərlər