24/06/2026

ABŞ dekabrın 7-də CFE Müqaviləsində iştirakını dayandırıb

ABŞ dekabrın 7-dən etibarən Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (CFE) iştirakını dayandırır.

Vaşinqton Rusiyanın noyabrın 7-də müqavilədən çıxmaq prosedurunu tamamlamasına cavab olaraq CFE Müqaviləsi üzrə öhdəliklərinin icrasını dayandırıb.

Bundan əvvəl Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan dekabrın 7-dən etibarən Birləşmiş Ştatların Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandıracağını bildirmişdi.

Mənbə: Haber Global

Oxşar xəbərlər