16 ölkədən olan beynəlxalq alimlər konsorsiumu bunun gələcəkdə planetin iqliminə necə təsir edəcəyini anlamaq üçün son 66 milyon il ərzində Yer atmosferində karbon qazının (CO2) səviyyələrindəki dəyişiklikləri tədqiq edib. Tədqiqat “Science” elmi jurnalında dərc olunub.
Hesabata görə, bu gün CO2 səviyyələri qlobal miqyasda milyonda 420 hissədir (ppm). Sonuncu dəfə belə bir konsentrasiya təxminən 14 milyon il əvvəl baş verib.
Konsorsium mütəxəssisləri müasir analitik metodlardan istifadə edərək, Yer kürəsinin tarixində ən isti dövrünün təxminən 50 milyon il əvvəl olduğu ehtimalını təsdiqlədilər. O zaman atmosferdə karbon konsentrasiyası indikindən dörd dəfə çox olub, 1600 ppm-ə çatıb, temperatur isə indikindən 12 °C yüksək olub.
Mənbə: Haber.com

