İsrail Xarici İşlər Nazirliyi ifrat sağçı Geert Wilders Azadlıq Partiyasının hakimiyyətə gəldiyi Hollandiya ilə münasibətlərin yaxşılaşdırılmasına ümid etdiyini bildirib. TASS xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen məlumat yayıb.
“Mən bu gün Geert Wilders ilə danışdım və onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. İsrailin əsl dostu olan Vilders, İsrail və Hollandiya arasında sıx əlaqələri daha da gücləndirəcək”, – Koen sosial şəbəkədə yazıb.
Koen əlavə edib ki, oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı İsrailə verdiyi dəstəyə görə Vildersə təşəkkür edib.
Mənbə: TASS

