24/06/2026

BMT Qəzzadakı əməkdaşları ilə bağlı vəziyyətdən danışıb

UNICEF-in Humanitar Məsələlər və Əməliyyatlar üzrə İcraçı Direktorunun müavini Edvard Şeyban bildirib ki, İsrailin bombardmanları səbəbindən yaranmış təhlükəli vəziyyətə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı (BMT) və UNICEF Fələstinin Qəzza zolağından yerli və əcnəbi əməkdaşlarını geri çəkmək niyyətində deyil.

Bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Qəzzada 40 beynəlxalq işçi, o cümlədən minə yaxın yerli işçi qalıb. Onlar hər gün uşaqların və mülki şəxslərin həyatını xilas etmək üçün səy göstərirlər.

O əlavə edib ki, mülki əhalinin şimalda qalmasına və son dərəcə çətin vəziyyətdə olmasına baxmayaraq, BMT agentlikləri öz işçilərini zolağın şimalından Qəzzanın cənubuna köçürməyə məcbur olub.

Mənbə6 RİA Novosti

Oxşar xəbərlər