Bilişsel qabiliyyətləri artıran təbii əlavələr adlandırıldı

ABŞ Tətbiqi Sağlamlıq Elmləri üzrə Tədqiqat Mərkəzinin (The Center for Applied Health Sciences) alimləri müəyyən ediblər ki, Guayusa çay ekstraktı və Hericium erinaceus göbələyinə əsaslanan əlavələr idrak qabiliyyətini yaxşılaşdırır. Nəticələr Nutrients jurnalında dərc olunub.

Guayusa çay yarpaqları stimullaşdırıcı və antioksidant xüsusiyyətləri ilə tanınır. Bədən hüceyrələrini reaktiv oksigen növləri tərəfindən məhv olmaqdan qoruya bilirlər. Bu yarpaqlarda olan kofein beynin dopaminlə zəngin nahiyələrində adenozin reseptorlarını bloklayaraq koqnitiv performansı və əhval-ruhiyyəni yaxşılaşdırır. Eyni şəkildə, Guayusa çayının tərkibindəki xlorogen turşular icra funksiyasını yaxşılaşdırır – insanın ümumi məqsədə uyğun olaraq davam edən hərəkətləri planlaşdırmaq və kontekstdən asılı olaraq cavabları dəyişdirmək qabiliyyəti.

Hericium erinaceus göbələyi neyroprotektiv xüsusiyyətlərə malikdir. O, beyin hüceyrələrini zərərli təsirlərdən qoruya bilən fenollar və sterollarla (xüsusi bitki birləşmələri) zəngindir.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər