Ukraynanın NATO-ya qəbulu zaman məsələsidir, lakin bu məsələyə yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra baxılacaq. TASS xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.
Çərşənbə axşamı, dekabrın 12-də dövlət başçısı ukraynalı həmkarı Vladimir Zelenski ilə ikitərəfli danışıqlar aparıb. Görüş Ağ Evdə baş tutub və görüş başa çatdıqdan sonra iki ölkə prezidentləri birgə mətbuat konfransında iştirak ediblər.
“NATO, şübhəsiz ki, Ukraynanın gələcəyində olacaq”, – Bayden tədbir zamanı vurğulayıb.
Mənbə: TASS

