“SM-Clinic” Reproduktiv Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Olqa Rodionova Gazeta.Ru-ya bildirib ki, qrip müxtəlif fəsadların inkişafına səbəb ola bilər və hamilə qadınlar üçün ən böyük təhlükədir.
“Ən təhlükəli dövr uşağın orqan və sistemlərinin formalaşdığı ilk trimestrdir. Bu zaman xüsusilə diqqətli olmalısınız” dedi.
Həkimin sözlərinə görə, hamilə qadının birinci trimestrdə qriplə xəstələnməsi fetal qüsurların, spontan abortların inkişaf riskini artırır və hamiləlik davam edərsə, oliqohidramnioz və dölün inkişafının ləngiməsi riski var.
Mənbə: Gazeta.Ru-

