Şübhə yoxdur ki, fələstinlilər öz dövlətlərini almalıdırlar. Bunu “Rossiya-24” telekanalına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Aydındır ki, [BMT] Təhlükəsizlik Şurasının qərarına əsasən, fələstinlilər öz dövlətlərini almalıdırlar”, – Kremlin sözçüsü bildirib.
Onun fikrincə, bunsuz Yaxın Şərq münaqişəsinin həlli mümkün deyil. Peskov 2 milyondan çox insanın qeyri-insani şəraitdə yaşadığı Qəzzada humanitar fəlakəti necə həll etmək barədə düşünməyə çağırıb. Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Qəzza zolağına humanitar yardım göstərmək üçün bütün mümkün tədbirləri görür.
Mənbə: TASS

