Konqresmen Baydeni Qəzzada atəşkəsi dəstəkləməyə çağırıb

Amerikalı senator Berni Sanders ABŞ prezidenti Co Baydeni Qəzza zolağında atəşkəslə bağlı BMT-nin qətnaməsini dəstəkləməyə çağırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Konqresmen aydınlaşdırıb ki, İsrailin özünümüdafiə hüququ var, lakin fələstinliləri məhv etmək hüququ yoxdur. Sanders qeyd edib ki, o, Baydendən humanitar əsaslarla atəşkəs tələb edən “BMT qətnaməsini dəstəkləməyi” xahiş edib.

Bundan əlavə, Sanders ABŞ prezidentindən Binyamin Netanyahu hökumətinə hərbi strategiyasını davam etdirmək üçün 10 milyard dollar verməməyi xahiş edib.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər