Amazon texnologiya korporasiyası Kuiper layihəsinin bir hissəsi olaraq orbitdə məlumat ötürmək və internetə çıxışı təmin etmək üçün lazerlərdən istifadə edən peyk şəbəkəsi yerləşdirməyi planlaşdırır. Bu barədə şirkətin rəsmi saytındakı bloqda deyilir.
Kuiper peykləri bir-biri ilə məlumat mübadiləsi üçün infraqırmızı lazerlərdən istifadə edir. Hər bir cihaz şəbəkənin etibarlılığını artıran çarpaz rabitə kanallarının yaradılmasına imkan verən bir neçə optik terminalla təchiz edilmişdir.
“Amazon” ümumilikdə 3236 cihaz buraxmaq niyyətindədir. Texnologiya hətta yerüstü baza stansiyalarının yerləşdirilməsi mümkün olmayan okeanın ortasında da işləyəcək.
Mənbə: TASS

