Fələstinin rəhbəri Mahmud Abbas Fələstinin HƏMAS hərəkatı ilə kəsilmiş əlaqələrin bərpasına göstəriş verib. Bunu “Əl Ərəbiyyə” telekanalına müsahibəsində Fələstin Azadlıq Təşkilatının (FAT) icraiyyə komitəsinin üzvü Əzzam əl-Əhməd deyib.
Fələstinli siyasətçinin sözlərinə görə, Abbasın rəhbərliyi ilə Fələstin Təhlükəsizliyi Təşkilatı, HƏMAS-ın dialoqa hazır olduğuna dair siqnalları görüb.
“Prezident Mahmud Abbas məndən HƏMAS ilə əlaqə saxlamağı xahiş etdi. Bu axşam HƏMAS rəhbərliyi ilə zəng olacaq”, – deyə əl-Əhməd bildirib.
Mənbə: TASS

