24/07/2026

Şampunlar, kosmetika və vinil laminat sağlamlığa zərərli maddələr ehtiva edir

Bir çox məişət əşyalarının tərkibində olan ftalatlara məruz qalma qadının hamilə qalma şansını azalda bilər. Bunu Environmental Health Perspectives (EHP) jurnalında dərc olunan araşdırma göstərib.

Ftalatlar şampunlar, kosmetika, vinil döşəmə, oyuncaqlar və tibbi cihazlar kimi ümumi məhsullarda olur. Bu maddələr insan hormonlarının iştirak etdiyi kimyəvi reaksiyalara müdaxilə etməyə qadirdir. ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, insanlar ftalatlara ilk növbədə qida və mayelərin istehlakı ilə məruz qalırlar. Avropada bəzi ftalatların istifadəsi qadağandır və ya ciddi şəkildə məhdudlaşdırılır.

Yeni araşdırmada tədqiqatçılar xəstələrin hamilə qalmağa çalışdıqları altı aybaşı dövrü ərzində toplanmış 1228 qadının məlumatlarını təhlil ediblər. Daha sonra hamiləlik boyu izlədilər.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər