İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, Avropada Avropa dəyərlərindən uzaq islamlaşma prosesi gedir.
“İtaliyada İslam mədəniyyəti mərkəzləri şəriət qanunlarının tətbiq olunduğu Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir. Avropada sivilizasiyamızın dəyərlərindən çox uzaq olan islamlaşma prosesi gedir”, – Meloni bildirib.
Daha əvvəl bildirilmişdi ki, Avropanın daxili işlər üzrə komissarı Ylva Yohansson miqrantlar olmadan Avropanın iflic vəziyyətinə düşəcəyinə inanır. Eyni zamanda, o, hesab edir ki, miqrasiyanı idarə etmək olar, bu, qorxulu olmamalıdır – bu aspektdə problemlər və çağırışlar ola bilər, lakin Avropa İttifaqı onların öhdəsindən gəlir.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqına (Aİ) qeyri-qanuni miqrasiya ilə ittifaqda artan terror təhlükəsi arasında əlaqə olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Avropa dövlətləri “çox vaxt qeyri-qanuni miqrantların radikallaşması” riskindən xəbərdar olmalıdırlar.
Mənbə: A Haber

