ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki vəziyyətin ABŞ hakimiyyətinin günahı ucbatından nəzarətdən çıxdığını və indi fəlakətə çevrilə biləcəyini bildirib.
Bu barədə keçmiş dövlət başçısı “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Trampın sözlərinə görə, ABŞ Yaxın Şərqin tamamilə nəzarətdən çıxmasına icazə verib. Eks-prezident hesab edir ki, regionda həqiqətən də pis hadisələr baş verir, lakin ABŞ-ın hələ də bütün bunları dayandırmağa gücü var. Tramp vurğulayıb ki, buna güc və dəqiqliklə yanaşmazsa, Yaxın Şərqdə fəlakət baş verə bilər.
Sabiq prezident qeyd edib ki, bu bəyanat, bəlkə də, daha böyük ölçüdə Ukraynadakı münaqişəyə aiddir.
Mənbə: CNN Türk

