Suriya Müdafiə Nazirliyi İsrailin paytaxt Dəməşq əyalətinə hücumu zamanı iki suriyalı hərbçinin yaralandığını bildirib.
Hərbi idarənin məlumatına görə, İsrail Suriyanın Qolan təpələrindən hava hücumuna keçib və Dəməşq əyalətindəki mövqelərə zərbələr endirib. Suriyanın hava hücumundan müdafiə qüvvələri bir neçə raketi vurub.
“Təcavüz nəticəsində iki əsgər yaralanıb, maddi ziyan dəyib”, – deyə məlumatda bildirilir.
Mənbə: RİA Novosti

