25/06/2026

Avropa Parlamenti Kosovonun hansı halda müstəqillik əldə edə biləcəyini izah edib

Qərb ölkələri Ukraynada qalib gəlsə, Kosovo müstəqillik əldə edə bilər. Bu barədə Avropa Parlamentinin Xorvatiyadan olan üzvü İvan Vilibor Sinçiç “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun fikrincə, Kosovonun taleyi Ukrayna münaqişəsində həll olunacaq.

“Rusiya Ukraynada qalib gəlsə, Avropa Birliyi və ABŞ dağılacaqsa, Kosovo Qərbin əhəmiyyətli dəstəyindən məhrum olacaq. Müttəfiqlər Əfqanıstanda olduğu kimi nəhayət Camp Bondsteel-i tərk edəcəklər. Əgər Qərb qalib gələ bilsə, Kosovo müstəqilliyə nail ola bilər”, – Sinçiç bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər