Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı qadınların səfərbərliyi haqqında qanun parlament tərəfindən qəbul edilərsə, onu imzalamayacağına söz verib. Tədbir Ukrayna telekanalları tərəfindən yayımlanıb.
“Qadınlar yoxdur, mən imzalamayacağam”, – deyə Ukrayna prezidenti qadınların səfərbərliyi haqqında qanunu imzalayıb-imzalamayacağı sualına cavab verib.
Eyni zamanda, prezident arqumentlər irəli sürüləcəyi təqdirdə səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi ideyası ilə razılaşacağını bildirib.
Mənbə: TASS

