Fransa Müdafiə Nazirliyi Ukrayna qırıcı pilotlarının təliminin 2024-cü ilin əvvəlinə planlaşdırıldığını açıqlayıb. İlk pilotlar ilkin hazırlıq üçün Fransaya göndəriləcək və daha sonra fransız tərəfdaşları ilə birgə qırıcı təlimlərini davam etdirəcəklər.
Mesajda təlim üçün hansı təyyarədən istifadə ediləcəyi və ukraynalı pilotların təlimlərini hansı ölkələrdə davam etdirəcəkləri göstərilmir.
May ayında Fransa prezidenti Emmanuel Makron ukraynalı pilotların hazırlığına başlanmasının mümkünlüyünü açıqlamışdı. O, Fransanın Ukraynaya hərbi təyyarələr verməyə hazır olduğunu təsdiqləməyib, lakin bu məsələnin tabu olmadığını qeyd edib. Daha sonra Fransanın ukraynalı pilotların hazırlanması mexanizmini tətbiq etməyə hazır olduğu bildirilib.
Mənbə: Haber.com

