Polşa prezidenti Anjey Duda X sosial şəbəkəsindəki səhifəsində dövlət mediasının rəhbərliyindəki dəyişikliyi tənqid edib və Polşa qanunlarına hörmət etməyə çağırıb.
Bundan əvvəl Mədəniyyət və Milli İrs Naziri Polşa Televiziyasının, Polşa Radiosunun və Polşa Xəbər Agentliyinin kollegiyalarının, habelə onların müşahidə şuralarının sədrlərini vəzifədən azad edib. Onların yerinə yeni müşahidə şuraları təyin edilib.
Polşa prezidenti vurğulayıb ki, siyasi məqsəd konstitusiya prinsiplərini və qanunları pozmaq üçün bəhanə ola bilməz.
“Buna görə də, mədəniyyət nazirinin ictimai media ilə bağlı bugünkü hərəkətləri ilə əlaqədar olaraq, mən Baş nazir Donald Tusku və Nazirlər Şurasını Polşa qanunlarına hörmət etməyə çağırıram”, – Duda yazıb.
Mənbə: Haber Global

