Rumıniyanın Timişoara şəhərinin meriyası Moldova prezidenti Maya Sanduya “Avropa dəyərlərinə” görə 30 min avro mükafat verib. Bu barədə NewsMaker portalı məlumat yayıb.
Mətndən göründüyü kimi, münsiflər heyəti “onun Avropa baxışının aydınlığını və onu həyata keçirməkdə qətiyyətini” yüksək qiymətləndirdi.
“Maia Sandunun Avropa səsi həm ölkədə, həm də bütün beynəlxalq paytaxtlarda aydın və yüksək səslə eşidilir. O, geniş islahatlar və diplomatik irəliləyiş prosesinin təşəbbüskarı olub, bunun sayəsində avropalı tərəfdaşların və digərlərinin Moldovanın Avropa İttifaqına doğru dönməz yolda olduğuna inamını qazanıb”, – meriyanın press-relizində deyilir.
Mənbə: NewsMaker

