Aİ Ukraynada dalana dirənmiş münaqişədən narahatdır

Aİ liderləri Aİ-nin Kiyevə yardım göstərməkdə artan çətinlikləri fonunda Ukraynadakı dalana dirənmiş münaqişədən narahatdırlar; Aİ yeni Rusiya silahlarının istehsalını qabaqlaya bilmir. Bu barədə Amerikanın “Politico” qəzeti yazır.

“Avropa liderləri Ukraynada dalana dirənmiş müharibədən, eləcə də müttəfiqlərin yeni Rusiya silahlarının istehsalını qabaqlamaq uğrunda apardıqları mübarizədən getdikcə daha çox narahat olurlar”, – nəşr yazır.

Qeyd olunur ki, Kiyevə yardım üçün uzunmüddətli müqavilələr gələcək illər üçün müdafiə xərclərinə dair zəmanətli öhdəlikləri öz üzərinə götürmək istəməyən Amerika və Avropa hökumətləri üçün “ciddi maneə olub”.

Mənbə: TASS

Oxşar xəbərlər