22/07/2026

Jurnalist Herş İsrailin baş nazirinin HƏMAS-ın planlarından xəbərdar olduğunu bildirib

Amerikalı publisist Seymur Herş iddia edir ki, İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas hərəkatının İsrail ərazisinə hücum hazırladığını əvvəlcədən bilib. Bu barədə TASS məlumat yayıb.

Herş iddia edir ki, məlumatlı bir İsrail rəsmisi ona İsrailin baş nazirinin 8200-cü bölmənin qiymətləndirməsini “gördüyünü və oxuduğunu” deyib.

Söhbət 7 oktyabr hadisələrindən xeyli əvvəl HƏMAS-ın İsrail ərazisinə hücuma hazırlaşdığını aşkar edən İsrail kəşfiyyatı 8200-ün məlumatlarından gedir.

Mənbə: TASS

Oxşar xəbərlər