Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) 2023-cü ildə Ukrayna nüvə stansiyalarında təhlükəsizlik tədbirləri auditinin uğurla başa çatdığını elan edib.
Təşkilatın hesabatında deyilir: “Ukraynada davam edən silahlı münaqişəyə baxmayaraq, MAQATE nüvə materiallarından dinc məqsədlərlə istifadənin təmin edilməsinə dair nəticə çıxarmaq üçün şəxsən yerində yoxlama işləri apara bildi”.
MAQATE mütəxəssisləri bildirirlər ki, yoxlamalar çərçivəsində onlar nüvə fəlakəti riskini azaltmaq üçün dəfələrlə Ukraynanın bütün atom elektrik stansiyalarına, eləcə də Rusiyanın Zaporojye AES-inə baş çəkiblər.
Mənbə: A Haber

