Ukraynanın Kiyev, Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Bu barədə Ukrayna Energetika Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
“Kiyev, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb”, – departamentin açıqlamasında bildirilir.
Onlar qeyd ediblər ki, işıqların kəsilməsi kütləvi atəşlərdən sonra başlayıb. Yazıda bildirilir ki, elektrik xətlərinin zədələnməsi nəticəsində bir neçə min abonent işıqsız qalıb.
Mənbə: Gazeta.ru

