Bolqarıstan gömrükçüləri “Lukoyl Neftochim Burgas” müəssisəsinin anbarlarına baxış keçirib

Yanvarın 1-də “Lukoil Neftohim Burgas” şirkətinin istehsal etdiyi bəzi neft məhsullarının ixracına qoyulan qadağanın qüvvəyə minməsi ilə əlaqədar Bolqarıstan gömrüyü onun anbarlarına baxış keçirib. Bu barədə Bolqarıstan Gömrük Xidmətinin saytında məlumat verilir.

Yoxlama tədbirlərində nəzarət, aksiz və istintaq idarələrinin 150-yə yaxın əməkdaşı iştirak edib. Ümumilikdə 50-dən çox anbara baxış keçirilib.

Bildirildiyi kimi, yoxlamaların əsas məqsədi məhdudlaşdırıcı tədbirlər tətbiq edilməklə Rusiya xam neftinin və ondan hasil edilən neft məhsullarının mövcud miqdarının inventarlaşdırılmasıdır.

Mənbə: Haber.com

Oxşar xəbərlər