25/06/2026

Sevastopol qubernatoru raketin dəniz üzərindən vurulduğunu bildirib

Sevastopol qubernatoru Mixail Razvojayev bildirib ki, ilkin məlumata görə, Qara dəniz üzərində raket vurulub. O, bu barədə öz Telegram kanalında məlumat verib.

Sevastopol xilasetmə xidmətinin məlumatına görə, şəhərdə dağıntı qeydə alınmayıb.

Razvojayev əlavə edib ki, əməliyyat xidmətləri vəziyyətə nəzarəti davam etdirir.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər