ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, vəzifəsinə qayıdarsa, planetdə sülhü “güc yolu ilə” bərpa edəcək. Bu barədə RİA Novosti məlumat yayıb.
Trampın sözlərinə görə, o və tərəfdarları “güc yolu ilə” bütün planetdə sülhü bərpa edə biləcəklər.
Keçmiş amerikalı lider vurğulayıb ki, o, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində digər namizədlərlə yanaşı, onun fikrincə, bəşəriyyətin yaxınlaşdığı üçüncü dünya müharibəsinin qarşısını ala bilər.
Mənbə: Haber global

