Belçika Avropa Şurasının baş katibi vəzifəsinə namizədlə bağlı qərar qəbul edib

Belçika hökuməti Avropa Şurasının baş katibi vəzifəsinə Rusiya aktivlərinin bloklanmasına və onların müsadirə planının hazırlanmasına cavabdeh olan Avropa komissarı Didye Reyndersin namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə yerli “Soir” qəzeti yazır.

Nəşrdə qeyd edildiyi kimi, krallığın səlahiyyətli orqanları yaxın günlərdə öz qərarlarını rəsmən açıqlamalıdırlar. Jurnalistlərin fikrincə, bu, yanvarın 10-dan əvvəl baş verə bilər.

Eyni zamanda, bu ilin iyununda Avropa Şurasının baş katibi seçkilərinin keçirilməsi nəzərdə tutulub. Materialda vurğulanır ki, o, seçki prosesində iştirak edərsə, Reynders seçki kampaniyasını təşkil etmək və aparmaq üçün Avropa Komissiyasından məzuniyyət götürməyə məcbur olacaq.

Mənbə: Soir

Oxşar xəbərlər