İsrail döyüşlər bitdikdən sonra Qəzza zolağını işğal etmək və ya anklavın mülki əhalisini köçürmək niyyətində deyil. TASS xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu deyib.
O qeyd edib ki, İsrail ordusu Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və “biz bunu beynəlxalq hüquqa tam uyğun olaraq edirik”. Netanyahu bir daha vurğulayıb ki, İsrailin məqsədi Qəzza zolağının Həmas yaraqlılarından təmizlənməsi və girovları azad etməkdir.
Onun sözlərinə görə, İsrail hərbçiləri dinc əhali arasında itkiləri minimuma endirməyə çalışır, “Həmas isə fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə edərək, onları artırmaq üçün mümkün olan hər şeyi edir”.
Mənbə: TASS

