24/07/2026

Türkiyə Qırmızı dənizdəki vəziyyətlə bağlı toplantı keçirəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabineti ilə Qırmızı dənizdəki vəziyyəti müzakirə edəcək. Bu barədə RİA Novosti Türkiyə hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

“İclasın gündəmindəki əsas məsələ Türkiyənin terrorla mübarizə əməliyyatlarıdır. Şimali İraq və Suriyada PKK terror təşkilatına qarşı hazırkı əməliyyatlar müzakirə olunacaq. Nazirlər Kabinetinin iclasında İsrailin Fələstinə hücumları, Türkiyənin Qəzzada atəşkəs üçün diplomatik təşəbbüsləri və Qırmızı dənizdəki gərginlik də müzakirə olunacaq”, – deyə Nazirlər Kabinetindən bildiriblər.

İclas çərşənbə axşamı, yanvarın 16-da keçiriləcək.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər