Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Rusiya Federasiyasının həm hərbi, həm də iqtisadi baxımdan Çindən getdikcə daha çox asılı olduğunu bildirib.
Bu barədə CNBC məlumat yayıb.
Fon der Leyenin sözlərinə görə, Moskva öz məqsədlərinə çata bilmədiyi üçün getdikcə daha çox Pekinə arxalanır.
AK sədri iddia edir ki, “Rusiya öz strateji məqsədlərinə nail ola bilmir”.
O qeyd edib ki, Qərb ölkələri ilə ticarəti dayandırmağa yönəlmiş sanksiyalara görə Rusiya iqtisadi cəhətdən uğursuzluğa düçar olub.
Mənbə: A Haber

