BMT-nin baş katibi Antonio Quterreş Pakistan və İran arasında son zərbələrin mübadiləsindən narahatdır və tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıb. Bu barədə RİA Novosti agentliyi baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhinə istinadən xəbər verir.
Şərhdə deyilir: “Baş katib son vaxtlar İran və Pakistan arasında hər iki tərəfin itkiləri ilə nəticələnən hərbi hücumların mübadiləsindən dərin narahatdır”.
O, həmçinin əlavə edib ki, hər iki tərəf maksimum təmkin nümayiş etdirməli və gərginliyin daha da artmasına yol verməməlidir.
Mənbə: RİA Novosti

