Bayden ABŞ-ın İordaniya-Suriya sərhədindəki hərbi bazasına hücuma cavab verəcəyini vəd edib

ABŞ prezidenti Co Bayden Vaşinqtonun İordaniya və Suriya sərhədindəki Amerika hərbi bazasına endirdiyi zərbəyə cavab verəcəyini bildirib. Bu barədə Associated Press xəbər agentliyi məlumat yayıb.

Cənubi Karolinada seçki kampaniyasında iştirak edən Bayden bir dəqiqəlik sükut elan edib. O bildirib ki, dünən çətin gün olub: Yaxın Şərqdə Amerika ordusu hərbi bazaya hücum zamanı itki verib. Prezident ABŞ-ın bu hücuma cavab verəcəyini vurğulayıb.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın amerikalı hərbçilərə qarşı hücumlarla əlaqədar öz qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəyini bildirmişdi.

Mənbə: TASS

Oxşar xəbərlər