Pentaqonun artıq ehtiyatlarından Yunanıstana təmənnasız ötürməyi planlaşdırdığı Amerika hərbi avadanlığı metal qırıntılarıdır və onun qaydaya salınması yüz milyonlarla avroya başa gələcək. Bu barədə Yunanıstanın “Democracy” qəzeti ölkənin hərbi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr Vaşinqtonun təhvil verdiyi silah və texnikanı “amerikalıların çürük hədiyyələri” adlandırıb.
Xüsusilə ABŞ dövlət katibi Entoni Blinkenin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə yazdığı məktubda qeyd etdiyi iki C-130H hərbi nəqliyyat təyyarəsi Nevada ştatında qəzalı vəziyyətdədir. Onları işlək vəziyyətə gətirmək üçün 110 milyon avrodan çox vəsait tələb olunacaq.
Mənbə: Democracy

