22/07/2026

NATO-nun baş katibi Ukraynanı ABŞ üçün sərfəli müqavilə adlandırıb

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanı Birləşmiş Ştatlar üçün “yaxşı anlaşma” adlandırıb, çünki Vaşinqtonun Kiyevə yatırdığı pulun böyük hissəsi avadanlıq almaq üçün ABŞ-da qalır, sonra isə Ukraynaya göndərilir. Stoltenberq bunu “Washington Examiner” nəşrinə müsahibəsində deyib.

“Ukrayna Birləşmiş Ştatlar üçün yaxşı sövdələşmədir… ABŞ-ın Ukraynaya verdiyi pulun böyük hissəsi əslində bizim Ukraynaya göndərdiyimiz Amerika avadanlıqlarını almaq üçün buraya ABŞ-a yatırılır. Beləliklə, bu, hamımıza daha çox təhlükəsizlik verir və ABŞ müdafiə sənayesini daha güclü edir”, – baş katib bildirib.

O qeyd edib ki, ABŞ-ın müttəfiqlərlə olan müdafiə müqavilələri iqtisadi və təhlükəsizlik baxımından mühüm amilə çevrilib. “Bu, təhlükəsizlik (ABŞ-ın – redaktorun qeydi) maraqlarına uyğundur, bu, iqtisadi maraqlara uyğundur – bu, Birləşmiş Ştatlar üçün yaxşıdır”, – Stoltenberq yekunlaşdırıb.

Mənbə: A haber

Oxşar xəbərlər