22/07/2026

Ukraynanın 2024-cü ildə Aİ-dən nə qədər pul ala biləcəyi məlum olub

Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev bildirib ki, bu il Kiyev Avropa İttifaqının Brüssel sammitində təsdiq edilmiş 50 milyard avro dəyərində yeni dördillik dəstək proqramı çərçivəsində 18 milyard avro almağı planlaşdırır. Bu barədə TASS Rada telekanalının efirinə istinadən xəbər verir.

“Biz bu proqramdan birbaşa büdcəyə daxil olacaq 18 milyard avroya arxalana bilərik”, – deyə nazir bildirib.

O əlavə edib ki, cəmi dörd il ərzində büdcəyə 50 milyard avrodan 39 milyard avro daxil olmalıdır.

Mənbə: TASS

Oxşar xəbərlər