Belarusun xüsusi təyinatlı qüvvələri Ukrayna ilə sərhəddə mühafizəni gücləndirib. Bu barədə Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) briqadasının komandirinin müavini Vadim Bobileviç STV kanalında bildirib.
“Bəli, həqiqətən də briqadamız hazırda dövlət sərhədinin bir hissəsinin – cənub istiqamətində möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirir. Biz bütün lazımi silah və texnika ilə təmin olunmuşuq. Hərbi personal peşəkarcasına hazırlanıb, döyüş ruhu güclüdür”, – deyə Bobileviç bildirib.
Briqada komandirinin müavini qeyd edib ki, onlar “istənilən tapşırığı yerinə yetirməyə hazırdırlar”.
Mənbə: STV

