BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nəhyan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib ki, Əbu-Dabi Ukraynadakı münaqişənin humanitar nəticələrinin yumşaldılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. Bu barədə WAM agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Nahyan və Putin beynəlxalq və regional əhəmiyyətli məsələləri müzakirə ediblər, həmçinin Ukrayna münaqişəsinə də toxunublar.
Bundan əvvəl departamentdə maliyyə kəşfiyyatı və terrorla mübarizəyə cavabdeh olan maliyyə nazirinin müavini Brayan Nelson Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəsmiləri ilə Rusiya və İranın Qərb sanksiyalarından yayınmasını müzakirə edib.
Mənbə: TASS

