23/07/2026

Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Aİ-yə qarşı ticarət tədbirləri görməyə hazırlaşır

ABŞ prezident seçkilərində qalib gəlsə, keçmiş dövlət başçısı Donald Tramp Avropa İttifaqına qarşı cəzalandırıcı ticarət tədbirləri görəcək. Bu barədə Bloomberg eks-prezidentin tərəfdarlarına istinadən xəbər verir.

Trampın qeyri-rəsmi iqtisadi məsləhətçilərindən biri agentliyə müsahibəsində deyib ki, keçmiş prezident danışıqlar zamanı taktiki olaraq ticarət və tariflərdən istifadə edərək Aİ dövlətlərini ABŞ-ın maraqlarına uyğun hərəkət etməyə məcbur edir. Bu, Tramp NATO müttəfiqlərindən hərbi ehtiyaclar üçün daha çox pul ayrılmasını tələb edəndə aydın görünürdü. Trampın qeyri-rəsmi müşavirinin sözlərinə görə, çox şey Avropa İttifaqının Amerika mallarına tarifləri azaltmaq üçün nə edəcəyindən asılı olacaq.

Eks-prezidentin tərəfdarlarının fikrincə, Aİ-yə qarşı sərt ticarət tədbirlərinin tətbiqi üçün müxtəlif motivlər var. Onların arasında, xüsusən də Çin məhsullarına rüsumlarla bağlı qətiyyətli mövqe tutmayan və Çin şirkətlərinin strateji investisiyalarını məhdudlaşdırmaq niyyətində olmayan Avropa İttifaqında məyusluq var.

Mənbə: Bloomberg

Oxşar xəbərlər