Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həllinə nail olmaq istədiyini bəyan edib. O, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə “danışıqları qadağan edən fərman verib”. Onun sözlərinə görə, Ukrayna lideri bu fərmanı ləğv etməlidir.
“Biz heç vaxt danışıqlardan imtina etməmişik. Biz hər zaman eşidirik: Rusiya hazırdırmı, hazırdırmı? Bəli, imtina etmədik! Onlar açıq şəkildə imtina etdilər. Yaxşı, fərmanını ləğv etsin, danışıqlara getsin. Biz heç vaxt imtina etməmişik”, – Rusiya lideri bildirib.
Mənbə: TASS

