Husilərin nəzarətində olan Yəmənin Hudeydə əyaləti ABŞ və Britaniya hərbçilərinin hücumuna məruz qalıb. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Kanal izah edib ki, əraziyə üsyançı husilərin Ənsar Allah hərəkatı nəzarət edir.
Qəzetin məlumatına görə, hərbçilər Əl-Katib və Əl-Cabban bölgələrində husilərin hədəflərinə hücum ediblər. Al Mayadeen həmçinin vilayətin sahil hissəsində partlayış səsləri və ölkənin hava məkanında ordu aviasiyasının fəaliyyəti barədə məlumat verib.
Mənbə: TASS

