Fevralın 12-də İsrail Hərbi Hava Qüvvələri qanadlı raketlərdən istifadə etməklə Suriyanın Nairab beynəlxalq hava limanına hücum edib. TASS xəbər verir ki, bu barədə Döyüşən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) rəis müavini kontr-admiral Vadim Kulit danışıb.
Onun sözlərinə görə, əməliyyatda iki F-16 taktiki qırıcısının ekipajları iştirak edib. Yəhudi dövlətinin ordusuna məxsus təyyarələr Livan ərazisindən hava limanına hücum edib və Suriya hava məkanına daxil olmayıb.
“Fevralın 12-də saat 11:37-dən 11:49-a qədər <…> Hələb əyalətindəki Nairab beynəlxalq hava limanına iki qanadlı raketlə hava zərbəsi endirilib. Zərbə nəticəsində hava limanının üç mülki əməkdaşı yaralanıb”, – deyə Kulit vurğulayıb.
Mənbə: TASS

