Finlandiyanın Nokia texnologiya şirkəti sənaye işçiləri üçün nəzərdə tutulmuş generativ süni intellektə (AI) əsaslanan MX Workmate alətini təqdim edib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Təsvirə əsasən, MX Workmate insanları nasaz avadanlıqlar barədə xəbərdar edə, iş proseslərinin optimallaşdırılması üzrə məsləhətlər verə, avadanlığın vəziyyətinə nəzarət edə, fövqəladə hallar və insidentlər zamanı təlimat verə biləcək.
Nokia MX Workmate-nin təcrübəsiz işçilərin təlimini də sürətləndirəcəyini gözləyir, çünki bəzi istehsalçılar artıq ixtisaslı kadr çatışmazlığı ilə üzləşirlər.
Mənbə: Gazeta.ru

