25/07/2026

Netanyahu Həmas üzərində qələbəni girovların azad edilməsi ilə əlaqələndirib

İsrail Qəzza zolağında girovların azad edilməsini asanlaşdıracaq radikal HƏMAS hərəkatı üzərində qələbə qazanmağa hazırdır. TASS xəbər verir ki, bu sözləri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi qarşısında çıxışı zamanı deyib.

“Biz [HƏMAS üzərində] tam qələbəyə nail olmaq əzmindəyik, bu, həm də girovların azad edilməsi deməkdir”, – deyən Netanyahu, İsrailin danışıqlarda təzyiq və sərt mövqe nümayiş etdirməyə sadiq olduğunu bildirib.

Hökumət başçısı həmçinin qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Həmas batalyonlarının dörddə üçünü məhv edib.

Mənbə: TASS

Oxşar xəbərlər