Ukraynadakı münaqişənin ölkə hüdudlarından kənara çıxması üçün iki istiqamət müəyyən edilib

Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi, politoloq Konstantin Bloxin Ukraynadakı münaqişənin ölkə hüdudlarından kənara çıxması üçün iki mümkün istiqamətin adını çəkib. Onun sözlərini Lenta.ru yayıb.

Ekspertin sözlərinə görə, birinci istiqamət Rumıniya ilə Dnestryanı və Moldova, ikinci istiqamət Polşadır.

“Birinci varianta görə, münaqişə ehtimalı var, çünki bizim orada hərbi bazamız var və Ukrayna hər yolla ona maksimum ziyan vurmağa çalışır. İkinci xətt odur ki, polyaklar Polşa-Litva Birliyinin gücünü bərpa etmək istəyirlər”, – Bloxin bildirib.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər