24/07/2026

Yevlaxda ailə münaqişəsi qanla bitdi

Yevlaxda kişi arvadını öldürdükdən sonra özünə xəsarət yetirib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

Bildirilib ki, may ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürov daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Oxşar xəbərlər