07/06/2026

NATO Vaşinqtondakı sammitdən sonra Kiyevə yüksək nümayəndə təyin edəcək

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Ukrayna hakimiyyəti ilə koordinasiya etmək üçün Kiyevdə NATO-nun yüksək nümayəndəsini təyin etmək qərarına gəlib. Bu barədə RİA Novosti məlumat yayıb.

Vaşinqtonda ən yüksək səviyyədə NATO-Ukrayna Şurasının yekunlarına dair birgə bəyanatda alyansın Ukraynada təmsilçiliyini gücləndirmək qərarına gəldiyi qeyd edilir. Nəşr yazır ki, blokun nümayəndəsi Kiyevdə təşkilatla Ukrayna hakimiyyəti arasında qarşılıqlı fəaliyyətin mərkəzində yerləşəcək.

Bundan əvvəl Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bəyan etmişdi ki, Budapeşt Ukraynanın NATO-ya daxil olmasının alyansın birliyini gücləndirməyəcək, əksinə zəiflədəcəyinə inanır.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər