Bristol Universitetinin britaniyalı mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Yer kürəsinin ən qədim ekosistemini işıqlandıraraq, planetimizdə həyatın təxmini yaranma yaşını müəyyən ediblər. Tədqiqat Nature Ecology & Evolution (NEE) elmi jurnalında dərc olunub.
Bu gün bütün həyat LUCA (Last Universal Common Ancestor) və ya sonuncu universal ümumi əcdad kimi tanınan bir ortaq əcdadın nəslindəndir.
LUCA protozoa bakteriyalarından tutmuş nəhəng sekvoyalara, həmçinin insanlar, heyvanlar və s. hər bir hüceyrə orqanizminin güman edilən mənbəyi olmuşdur.
Mənbə: TASS

