22/07/2026

Livanda istilik elektrik stansiyası sıradan çıxarılıb

Livanın Électricité du Liban dövlət elektrik şirkəti ölkənin cənubundakı Mərcayun şəhərindəki istilik elektrik stansiyasının (İES) İsrailin artilleriya atəşi nəticəsində sıradan çıxdığını bildirib.

Bu barədə TASS məlumat yayıb.

Şirkət hücumdan sonra istilik elektrik stansiyasının fəaliyyətini dayandırdığını vurğulayıb. Əlavə ediblər ki, obyektə dəyən mərmilər ciddi ziyan vurub. Hazırda mütəxəssislər stansiyanın texniki vəziyyətini qiymətləndirirlər.

Livan parlamentinin üzvü Kassem Haşemin sözlərinə görə, istilik elektrik stansiyalarının sıradan çıxarılması nəticəsində ölkənin cənubunda içməli su verən su nasos stansiyaları dayandırılıb.

Oxşar xəbərlər